GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Xain antitürk qərarın arxasından Makron çıxdı

Xain antitürk qərarın arxasından Makron çıxdı

Tarix: 11-04-2025, 21:33 Bölmə :Dünya Baxış: 135

Rusiya nəşri: “Əminliklə güman etmək olar ki, Şimali Kipr Türk Cümhuriyyəti haqda 4-cü bəndi sənədə Fransa daxil edib”.

Aprelin 3-4-də Səmərqənddə keçirilən birinci Avropa İttifaqı-Mərkəzi Asiya sammitində Aİ liderləri, habelə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan prezidentləri iştirak ediblər. Sammitin yekununda 20 bənddən ibarət Birgə Bəyannamə təsdiq edilib. Bəyannamənin 4-cü bəndində BMT Təhlükəsizlik Şurasının 1984-cü il tarixli 550 saylı qətnaməsinə qəti sadiq olduqlarını təsdiqləyirlər. Həmin qətnamə Kipr türklərini “qanunsuz separatçı fəaliyyətlərini” pisləyir və BMT-yə üzv dövlətləri Şimali Kipr Türk Respublikasını tanımamağa çağırır. 

200820171413539155035.jpg (87 KB)

Qeyd edək ki, Qazaxıstan bu istiqamətdə ilk rəsmi addımı atan ölkə olub, 2025-ci ilin yanvarında Kipr ilə qarşılıqlı səfir təyinatını həyata keçirib. Özbəkistan isə artıq 1997-ci ildən diplomatik münasibətdə olduğu Kiprə ilk dəfə rəsmi səfir təyin edib. Türkmənistan da martın 31-də İtaliyadakı səfirini Kiprə akreditə edib.

Gundemxeber.az xəbər verir ki, bu qərarla bağlı “Regnum” geniş məqalə dərc edib. “Regnum” ermənilərə yaxınlığı faktdır, amma məqalədə diqqətçəkən məqamlar var.

“Mərkəzi Asiya ölkələrinin özləri də bu qalmaqala heç bir reaksiya vermədiyindən, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan liderlərinin yekun bəyannaməni diqqətlə oxumadıqlarını güman etmək olar. Bu formatda yüksək səviyyəli görüşlər artıq üçüncü dəfədir ki, keçirilir. Əvvəlkilər 2022-2023-cü illərdə Qazaxıstanın Astana və Qırğızıstanın Çolpon-Ata şəhərlərində keçirilib. İlk baxışdan bu görüşün niyə “birinci” kimi təyin edildiyi və Avropa tərəfinin nəyə görə ona xüsusi önəm verdiyi aydın deyil. Üstəlik, hadisələrin bütün ritorik və deklarativ hissəsi tam olaraq təkrarlanıb” deyə, məqalədə bildirilir.

“Regnum” yazır ki, Fransanın mövqeyi, şübhəsiz ki, yekun bəyannamənin mətnində əhəmiyyətli olub. “Son illərdə Avropa İttifaqı adından bütün xarici siyasət fəaliyyətlərində ton təyin edən məhz Fransadır. Fransa da Şimali Kipr Türk Cümhuriyyətini(ŞKTC) tanımır. 1983-cü ildə Fransa BMT Təhlükəsizlik Şurasının ŞKTC-nin müstəqillik elanını hüquqi cəhətdən etibarsız elan edən 541 saylı qətnaməsini dəstəkləyib. 2021-ci ildə Fransa prezidenti Emmanuel Makron Ərdoğanın Kipr probleminin iki dövlət əsasında həlli ilə bağlı çağırışlarını pisləyərək onları “təxribat” adlandırmışdı.
2024-cü ilin dekabrında Fransa ilə Yunan Kipr administrasiyası arasında 2017-ci ildə imzalanmış müdafiə sahəsində əməkdaşlıq müqaviləsi çərçivəsində Pafos hərbi bazasında yerləşdirilən fransız hərbi təyyarəsi ŞKTC-nin hava məkanını pozaraq Şimali Kipr hakimiyyətinin etirazına səbəb olub. Bu hərəkətlər Fransanın Kiprin birliyini dəstəkləmək və ŞKTC-ni tanımamaq kimi ənənəvi mövqeyini əks etdirir”. 

makron-son.jpg (367 KB)

“Əminliklə güman etmək olar ki, Səmərqənddə keçirilən sammitin bəyannaməsinin 4-cü bəndinin tezisləri Fransa tərəfindən daxil edilib”deyə, məqalədə bildirilir. “Son bir neçə ildə Paris bu regionda həm diplomatik, həm də iqtisadi ölçülərdə təsirinin əhəmiyyətli dərəcədə artmasına nail olub.Fransa həm Moskvaya, həm də Ankaraya zidd olaraq Mərkəzi Asiyada öz strategiyasını həyata keçirir və onun uğurları regiondakı bir çox ənənəvi oyunçular üçün sürpriz oldu. Ötən ilin noyabrında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Parisə dövlət səfəri edib. Bu yaxınlarda fransızlar Özbəkistan prezidenti Şavkat Mirziyoyevi dövlət səfərində qəbul ediblər. Və bu yaxınlarda Makronun Qırğızıstana səfəri açıqlandı” deyə, məqalədə bildirilir.

Qeyd edək ki, Prezident İlham Əliyev ADA-da keçirilən konfrans zamanı Şimali Kipr məsələsinə toxunub. Prezident deyib ki, Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynayıb.

"Biz bu məsələni fəal şəkildə müdafiə edən ölkələrdənik. Prezident Tatar təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə toplantısına dəvət olundu və orada iştirak etdi. Şimali Kiprin bayrağı da orada dalğalanırdı", - dövlət başçısı qeyd edib. 

Screenshot_2.png (474 KB)

Dövlətimizin başçısı əlavə edib ki, Azərbaycanın siyasəti hər zaman aydın olub: “Biz hər zaman qardaşlarımızın yanındayıq. Bizim siyasətimiz hər zaman aydın olub. Bizim bu sahədə hər hansı başqa gündəliyimiz yoxdur. Biz yalnız qardaşlarımıza necə kömək edə biləcəyimiz haqda düşünürük ki, onlar öz dövlətlərini qoruyub saxlaya bilsinlər. Onlar buna tarix və əməlləri baxımından layiqdirlər".

Qeyd edək ki, Şimali Kipr Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi üzvüdür. 2024-cü ildə Şimali Kipr Prezidenti Ersin Tatar Bişkekdəki TDT Zirvəsinə fəxri qonaq kimi qatılıb. O, Bakıda keçirilən tədbirlərdə də iştirak edib.

Aydın görünür ki, Makron bu cür xainliklə həm türk birliyinə xələl gətirmək istəyib. Makron öz ağlınca ŞTKK-nin tanınmasına, eləcə də Fransanın işğalı altında olan dənizaşırı ərazilərə diplomatik dəstək verən Bakıya “dərs vermək” istəyib../musavat.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı keçiriləcək

    Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə ...

    4-03-2021, 10:34

  • 
  • Jozef Borrel Macarıstan Baş nazirini Türk Dövlətləri Təşkilatının zirvə görüşündə iştirakına görə tənqid edib

    Jozef Borrel Macarıstan Baş nazirini Türk ...

    8-07-2024, 23:48

  • 
  • Polad Alemdarın başı yenə dərddə

    Polad Alemdarın başı yenə dərddə ...

    19-06-2013, 12:21

  • 
  • Kiprdən türk işçilərinə həbs qərarı - QALMAQAL

    Kiprdən türk işçilərinə həbs qərarı - QALMAQAL ...

    11-06-2019, 11:38

  • 
  • Bu gün Türk Şurasının Zirvə görüşü keçiriləcək

    Bu gün Türk Şurasının Zirvə görüşü keçiriləcək ...

    10-04-2020, 12:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (461)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu