Gundemxeber.az » Dünya » Suma şəhərinə “İskəndər-M” zərbəsi – Rusiya 60, Ukrayna isə 34 nəfərin öldüyünü bildirir
Aprelin 13-də Ukraynanın Suma şəhəri Rusiya ordusunun “İskəndər-M” raketləri ilə vurulub. Zərbənin nəticələri ilə bağlı tərəflər arasında kəskin ziddiyyətli məlumatlar yayılıb. GUNDEMXEBER.AZ xəbər verir ki, , Rusiya Müdafiə Nazirliyi raket hücumunun Ukrayna Silahlı Qüvvələrinin komandan heyətinin toplantısının keçirildiyi yerə endirildiyini bildirib. Rusiya rəsmilərinə görə, zərbə nəticəsində 60-dan çox ukraynalı hərbçi məhv edilib.
Ukrayna tərəfi isə zərbənin mülki itkilərlə nəticələndiyini açıqlayıb. Rəsmi məlumata əsasən, hücum nəticəsində 34 nəfər həyatını itirib, onlardan ikisi uşaqdır. Ən azı 119 nəfər yaralanıb, yaralılar arasında 15 uşaq da var.
Hadisə bölgədə humanitar vəziyyətin daha da ağırlaşdığını və mülki əhalinin təhlükə altında olduğunu bir daha nümayiş etdirir.
GUNDEMXEBER.AZ
27-11-2015, 19:48
18-05-2021, 22:22
2-04-2021, 14:43
27-03-2017, 01:38
12-01-2023, 16:00
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?