Yunanıstanın Santorini adası yaxın zamanda məhv ola bilər: buna səbəb sualtı vulkandır.
Gundemxeber.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Bildirilir ki, adaya artıq bir sıra güclü zəlzələlərdən sonra əhəmiyyətli zərər dəyib. Ekspertlərin fikrincə, sualtı vulkan artıq hadisələri geri dönüşü olmayan həddə çatdıra bilər.
Qeyd edək ki, Santorini Yunanıstanın əsas turizm istiqamətlərindən biridir: Hər il adaya üç milyondan çox insan gəlir. Buranın 3 500 il əvvəl böyük vulkan püskürməsi nəticəsində yarandığı ehtimal olunur.
Son üç gündə Santorini və Egey dənizinin yaxınlığındakı adalar bölgəsində 200 sualtı zəlzələ qeydə alınıb. Yerli hakimiyyət orqanları adada kanat yolunun da növbəti üç ay ərzində işləməyəcəyini bildiriblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?