Brüsseldə Avropa Komissiyası ilə Ağ Ev arasında birbaşa əlaqə kanalının olmamasından narahat olan avropalı rəsmilər və diplomatların sayı getdikcə artır.
Gundemxeber.az xəbər verir ki, bu barədə “Euractiv” informasiya portalı məlumat yayıb.
Qeyd olunub ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Roma Papası Fransiskin aprelin 26-da keçiriləcək dəfn mərasimində ABŞ Prezidenti Donald Trampla şəxsi əlaqə qurmağa ümid edir.
Portalın məlumatına görə, Aİ-də Vaşinqtonla birbaşa dialoq çatışmazlığı kəskin hiss olunsa da, Avropa hakimiyyəti açıq şəkildə təmkinlilik nümayiş etdirməyə çalışır. Brüsseldəki rəsmilər rəhbərlərinin amerikalı həmkarları ilə görüşlərinin təşkilində yaranan çətinliklərdən şikayət edirlər.
Daha əvvəl Brüsseldə bildirmişdilər ki, Avropa Komissiyası fon der Lyayenin Trampla ilk qeyri-rəsmi görüşünü Romada təşkil etməyə çalışır, burada hər iki lider aprelin 26-da Roma Papasının dəfn mərasimində iştirak edəcəklər.
Öz növbəsində İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani Trampla Avropa Komissiyası rəhbərliyi arasında ciddi əlaqələrin perspektivinə şübhə ilə yanaşıb.
Sorğu
Yeni dizaynımız necədir?