İranda aprelin 30-da səhər saatlarında İsrailin "Mossad" kəşfiyyat agentliyinə işləməkdə ittiham olunan Mohsen Lanqarneşin adlı şəxs ölkənin Ali Məhkəməsinin müvafiq hökmünün çıxarılmasından sonra edam edilib.
Gundemxeber.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkənin məhkəmə hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Lanqarneşin 2020-ci ilin payızında "Mossad" ilə əməkdaşlıq etməyə başlayıb, bundan sonra xüsusi təlim keçib və elə həmin ilin dekabrında İsrail kəşfiyyat xidmətləri üçün ilk tapşırığını yerinə yetirib. İstintaqın bildirdiyinə görə, o, iki il ərzində İran ərazisində İsrail kəşfiyyatçıları və agentləri ilə yaxından əlaqə saxlayıb, eyni zamanda, 22 may 2022-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) polkovniki Həsən Sayad Xodainin qətlində iştirak edib. Lanqarneşin istintaq zamanı təqsirini etiraf edib.
"Onun "Mossad" üçün casusluq fəaliyyəti, eləcə də "Mossad"la əlaqəli terror qruplaşmalarına hər cür dəstəyi sübuta yetirilib, o cümlədən onun "Mossad"la təhlükəsiz kommunikasiya xətti aşkarlanıb", - deyə sənəddə bildirilib.
Məhkəmə hakimiyyətinin nümayəndələrinin sözlərinə görə, Lanqarneşin öz kuratorlarının tapşırığı ilə müəyyən obyektlərin şəklini çəkməklə məşğul olub, anonim sim-kartlar, mobil telefonlar və digər rabitə vasitələrini israillilərə ötürüb. Eyni zamanda, İsrail kəşfiyyatının nümayəndələri ilə görüşmək üçün Nepala və Gürcüstana da gedib.
Sorğu
Yeni dizaynımız necədir?