İsrail Nazirlər Kabineti Qəzza zolağında hərbi əməliyyatı genişləndirmək planını təsdiqləyib.
Gundemxeber.az xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, plana digər məsələlərlə yanaşı, Qəzza zolağına nəzarəti tam ələ keçirmək, anklavın əhalisinin cənuba köçürülməsi, HƏMAS hərəkatının humanitar yardım imkanından məhrum edilməsi və radikallara qarşı güclü hücumların həyata keçirilməsi daxildir.
Məlumatda, həmçinin, qeyd olunur ki, plan Baş nazir Benyamin Netanyahunun son aylarda səsləndirdiyi hədəflərə tam uyğundur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?