Yəmənin "Ənsar Allah" hərəkatından olan husilərin nəzarətində olan paytaxt Sənanın beynəlxalq hava limanı İsrailin hava zərbələri nəticəsində tamamilə dağıdılıb.
Bu barədə "Al Yemen" telekanalı xəbər verib.
Məlumata görə, İsrail təyyarələri əsas sərnişin terminalını və bütün texniki obyektləri dağıdıb. Zərbələr nəticəsində hava limanının ərazisində yerləşən bütün mülki təyyarələr də məhv edilib.
Ölən və yaralananlar barədə məlumat daxil olmayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?