Aİ Məhkəməsi Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayeni 2021-2023-cü illərdə COVID-19 əleyhinə peyvəndlərin alınması ilə bağlı müqavilələrə dair məlumatların gizlədilməsinə görə məsul hesab edib.
Bu barədə xarici KİV-lər məlumat yayıb.
Fon der Lyayenə qarşı ittihamları “The New York Times” qəzeti 2023-cü ildə irəli sürüb.
Nəşr iddia edib ki, Avropa Komissiyasının rəhbəri “Pfizer” şirkətinin rəhbəri Albert Burla ilə Avropa İttifaqı üçün 30 milyard avrodan çox məbləğdə vaksin alışı ilə bağlı müqavilələrin müddəalarını razılaşdırdığı SMS bildirişlərin dərc edilməsindən əsassız şəkildə imtina edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?