Gundemxeber.az » Dünya » Makron Fransada böyük iğtişaşlara gətirən islahatdan danışdı: Mümkün deyil...
Fransa prezidenti Emmanuel Makron pensiya islahatlarının gələcəyini müəyyən etmək üçün referendumun keçirilməsini mümkün saymır.
O, bununla bağlı TF1-ə müsahibəsində danışıb: “Bu islahat lazım idi. Referendumun mümkün olub-olmaması ilə bağlı sualın cavabı xeyrdir”.
Eyni zamanda o qeyd edib ki, bundan əvvəl Fransanın baş naziri Fransua Bayru islahatlara korrektə edilməsi imkanları ilə bağlı aparıcı siyasi qüvvələr və əsas həmkarlar ittifaqı mərkəzləri ilə məsləhətləşmələrə başlayıb. "Bu danışıqlar yekunlaşdırılmalıdır", - deyən Makron, islahatdan əldə ediləcək qənaətin 2030-cu ilə qədər 17 milyard avro təşkil edəcəyini vurğulayıb.
Xatırladaq ki, Fransada həmkarlar ittifaqlarının etirazına səbəb olan pensiya islahatı 2023-cü il sentyabrın 1-dən qüvvəyə minib. O, minimum pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur. Son iki ildə Fransada bu addıma etiraz olaraq dəfələrlə kütləvi aksiyalar keçirilsə də, hökumət onları amansızlıqla yatıraraq, islahatdan geri çəkilməyib./musavat.com
27-03-2023, 16:17
8-05-2017, 19:56
28-12-2019, 12:20
7-05-2017, 23:16
2-07-2017, 15:34
Sorğu
Yeni dizaynımız necədir?