GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » BÖYÜK GÜCLƏRİN YENİ SİYASİ OYUNU - Hindistan-Pakistan müharibəsi hansı qüvvələrin marağındadır?

BÖYÜK GÜCLƏRİN YENİ SİYASİ OYUNU - Hindistan-Pakistan müharibəsi hansı qüvvələrin marağındadır?

Tarix: 14-05-2025, 16:36 Bölmə :Dünya Baxış: 90

XV əsrin sonlarından başlayaraq Avropa dövlətləri Hindistanda ədviyyat, ipək, çay, pambıq kimi məhsulların ticarətini həyata keçirmək üçün bir-biri ilə rəqabət aparırdı. 1600-cı ildə Britaniya tərəfindən "Ost -Hindistan" (Şərqi-Hindistan) adlı şirkət quruldu. Zaman ötdükcə bu şirkət təkcə ticarətlə məşğul olmaqla kifayətlənmədi, "Ost-Hindistan" şirkəti cənubi Asiya coğrafiyasında əraziləri ələ keçirmək üçün siyasətlə də məşğul olmağa başladı. Şirkətin fəaliyyəti o qədər genişləndi və gücləndi ki, öz ordusu, vergi sistemi, müstəmləkə idarəçiliyi formalaşdı.


1857-ci ildə Britaniya hökuməti "Ost-Hindistan" şirkətinin fəaliyyətinə son qoydu. 1858-ci ildən etibarən Hindistan rəsmi olaraq Britaniya Krallığının idarəsinə keçdi. Bu vəziyyət 1947-ci ilə - Hindistan və Pakistanın müstəqilliyinə qədər davam etdi.
Cənubi Asiyada yerləşən Hindistan, Pakistan, Banqladeş, Çin, Koreya, İndoneziya, Vyetnam və s. Şərqin zənginliklərini simvolizə edən ölkələrdir. Bu ölkələr XV əsrin sonlarından  başlayaraq, bu günə kimi avropalı güclərin, sonradan isə həm də ABŞ-ın və Rusiyanın ticari-siyasi maraqlarının mərkəzində dayanan bölgələri əhatə edir.
Ayrı-ayrı müstəqil dövlətə çevrildikdən sonra Hindistanla Pakistan arasında Kəşmir münaqişəsi uzun illərdir davam edir. Kəşmirdə yaşayan əhalinin əksəriyyəti müsəlmanlardır. Amma ərazi Hindistana tabedir. Bu reallıq Kəşmiri Hindistanla Pakistan arasında  mübahisə predmetinə çevirir.
Tarixi-siyasi təhlillər göstərir ki, "Kəşmir münaqişəsi" Hindistanla Pakistan arasında Britaniya tərəfindən bilərəkdən  yaradılmış “gec partlayan bomba”dır. Bu "bomba" 1947, 1965 və 1999-cu illərdə Hindistanla Pakistan arasında müharibəyə səbəb olmuşdur
Hindistan–Pakistan arasında dondurulmuş "Kəşmir münaqişəsi" zaman -zaman Cənubi Asiya  Regionunda  Təhlükəsizlik Sisteminin pozulmasına səbəb olur. Bundan başqa, Cənubi Asiyada institusional təhlükəsizlik mexanizmləri çox zəifdir. NATO – (North Atlantic Treaty Organization - Şimali Atlantika Müqaviləsi Təşkilatı), ASEAN – (Association of Southeast Asian Nations - Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası), AU – (African Union - Afrika İttifaqı) və ya ATƏT – (Organization for Security and Coooeration in Europe  - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) kimi qurumların  fəaliyyəti burada  yox səviyyəsindədir.
Ən yaxın regional platforma SAARC-dır – (South Asian Association for Regional Cooperation - Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyası). Amma Hindistan-Pakistan gərginliyi bu təşkilatı da faktiki olaraq iflic vəziyyətinə salıb. Bu isə nəticə etibarı ilə Cənubi Asiyada sabitliyin vəziyyətini güc balansından asılı hala gətirib. Yəni hansı ölkənin tərəfdarı çoxdursa, regiondakı vəziyətə həmin ölkə nəzarət edəcək.
İndiki halda hər iki ölkə nüvə silahına malikdir. Bu reallıq qarşılıqlı məhvolma qorxusu yaratığı üçün müəyyən sabitlik mühiti formalaşdırır. Lakin münaqişənin davam etməsi lokal toqquşmaların davam etməsinə səbəb olur.
Hazırda Pakistanda iqtisadi böhran yaşanır. Bu günlərdə LOC - (Line of Control – “Nəzarət xətti”) boyunca dramatik eskalasiya baş verib. 48 nəfər mülki şəxs həlak olub. Tərəflər bir-birinə qarşı raket və PUA hücumları həyata keçirir. İndi bu iki qonşu ölkə müharibə ərəfəsindədir.
Hindistan iqtisadi, texnoloji və hərbi baxımdan Pakistanı xeyli üstələyir. Lakin qlobal gücə malik olan Çin Pakistanın strateji müttəfiqidir. Çin həm də Hindistanla sərhəd münaqişələrində  qarşı tərəf kimi çıxış edir.
Digər tərəfdən, qlobal oyunçuya çevrilməkdə olan Türkiyə də müsəlman ölkəsi olan Pakistanı müdafiə edir. Bu vəziyyət REGİONDA çoxtərəfli güc balansı yaradır. Çin və Türkiyə faktoru Hindistanın hərbi-siyasi manevrlərini məhdudlaşdırır.
Hindistanla Pakistan arasınsa mövcud olan "Kəşmir münaqişəsi" haqqında, BMT-nin qətnamələrinə baxmayaraq, praktiki olaraq bu problemin həllində heç bir irəliləyiş yoxdur. Dünyanın böyük gücləri sayılan ABŞ, Rusiya və Avropa İttifaqı kritik anlarda vasitəçilik edir, lakin davamlı təhlükəsizlik mexanizmi qurmaqda isə  maraqlı deyillər. Belə vəziyyət Cənubi Asiyanın "nəzarətsiz münaqişə zonası" kimi qalmasına səbəb olur.
Müşahidələr göstərir ki, nüvə təhlükəsizliyi üzrə  razılaşmaların yenilənməsi nəticəsində beynəlxalq  institutların  vasitəçiliyi ilə  (məsələn, ATƏT  modeli əsasında) bölgəyə nəzarət etmək olar. Hindistan-Pakistan münaqişəsi təkcə ikitərəfli qarşıdurma deyil,   regional təhlükəsizlik sisteminin qorunması məsələsidir.
İndiki dünyada güc balansına əsaslanan təhlükəsizlik modeli nüvə təhdidi və geosiyasi qarşıdurmalar regionda uzunmüddətli sabitliyin qorunmasını çətinləşdirir. Bu kimi ciddi səbəblərdən, Cənybi Asiya Regionunda təhlükəsizlik sisteminin yenidən qurulması zəruri olaraq qalır.

Qəvami SADIQBƏYLİ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hindistan səfirinin Bakıdakı evindən büst oğurlandı

    Hindistan səfirinin Bakıdakı evindən büst ...

    2-09-2013, 13:36

  • 
  • Hindistan Azərbaycana yeni səfir təyin edib

    Hindistan Azərbaycana yeni səfir təyin edib ...

    21-11-2018, 16:22

  • 
  • Dünyanın xoşbəxt ölkələri: Azərbaycan İraq, Hindistan və Zimbabvedən geridədir

    Dünyanın xoşbəxt ölkələri: Azərbaycan İraq, ...

    9-09-2013, 11:47

  • 
  • Hindistan hakimiyyəti müsəlmanların qətlinə ordu ilə reaksiya verdi

    Hindistan hakimiyyəti müsəlmanların qətlinə ordu ...

    4-05-2014, 11:38

  • 
  • İnfeksionistdən Hindistan ştammı ilə bağlı VACİB AÇIQLAMA

    İnfeksionistdən Hindistan ştammı ilə bağlı VACİB ...

    28-06-2021, 14:46


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (412)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu