Avropa İttifaqının ardınca İsveçrə hakimiyyəti də Rusiyada altı hava limanı və beş dəniz limanı ilə ticarət fəaliyyətini qadağan edib.
Gundemxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İşveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) saytında məlumat verilib.
Bu məlumata görə, qadağa Moskvanın Vnukovo və Jukovski hava limanları, həmçinin Perm və Pskov da daxil olmaqla dörd regional hava limanı ilə əməliyyatlara tətbiq edilir. Həştərxan, Mahaçqala, Novorossiysk, Primorsk və Ust-Luqa dəniz limanları da sanksiyalara məruz qalıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?