Ukrayna və Rusiya arasında hazırkı danışıqların 2022-ci ildə İstanbulda keçirilən görüşlərlə heç bir əlaqəsi yoxdur.
Məlumata görə, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.
"Ruslar 2022-ci illə müqayisələr qurmaq istəyirlər. Lakin bu danışıqları onunla bağlayan yeganə şey İstanbul şəhəridir... Rusların bu günü 2022-ci illə əlaqələndirmək cəhdləri işə yaramayacaq", - deyə o bildirib.
Xatırladaq ki, İstanbulda 2022-ci ildən bəri ilk dəfə olaraq Rusiya və Ukrayna arasında birbaşa danışıqlar başlayıb./oxu.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?