Ukraynada atəşkəslə bağlı "texniki" danışıqlar gələn həftə Vatikanda keçirilə bilər.
Gundemxeber.az xarici mrdiaya istinadən xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb bəyan edib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirələr may 19dan sonra müxtəlif səviyyələrdə davam etdirilib.
Həmin tarixdə ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna prezidentləri, eləcə də Avropa liderləri ilə telefon danışığı keçirib.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi etməyə Vatikanın hazır olduğunu daha əvvəl Donald Tramp bəyan etmişdi. Bu təşəbbüsü sonradan Roma Papası XIV Leo da təsdiqləyib. Pontifik daha əvvəl Vatikanın tərəflər arasında vasitəçilik missiyasını öz üzərinə götürmək niyyətində olduğunu açıqlamışdı.
Sorğu
Yeni dizaynımız necədir?