Uqanda hakimiyyəti Almaniya səfiri Matias Şaueri ölkənin daxili işlərinə qarışmaqda ittiham edərək, Berlinlə hərbi əməkdaşlığı dayandırdığını elan edib.
Gundemxeber.az xəbər verir ki, bu barədə "Monitor" yayıb.
Nəşrin məlumatına görə, səfir müxalifəti dəstəkləməkdə də ittiham olunur.
"Monitor" iddia edir ki, görüşlərin birində səfir Uqanda Müdafiə Qüvvələrinin rəisini sosial mediada onun reputasiyasına xələl gətirə biləcək qeyri-adekvat davranışına görə danlayıb. Bu vəziyyət Uqanda ilə Almaniya arasında ən böyük diplomatik qalmaqallardan birinə çevrilib.
Qeyd olunur ki, Uqanda Almaniya üçün yardım baxımından prioritet ölkələrdən biridir. Berlin əsas diqqəti bərpa olunan enerji və enerji səmərəliliyinə, vətəndaş cəmiyyətinin və kənd təsərrüfatının təşviqinə, Uqandanın su ehtiyatlarının qorunması da daxil olmaqla kənd yerlərinin inkişafına yönəldir.
Sorğu
Yeni dizaynımız necədir?