ABŞ-də Apellyasiya Məhkəməsi Prezident Donald Trampın ticarət rüsumlarının tətbiqinə dair fərmanlarının qüvvədə qalmasını bərpa edib.
Gundemxeber.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, daha əvvəl Kolumbiya dairəsinin Federal Məhkəməsi Tramp administrasiyasının Çindən idxal edilən mallara tətbiq etdiyi rüsumları qanunsuz hesab edərək onların tətbiqini dayandırmışdı.
Xatırladaq ki, Donald Tramp aprelin 2-də digər ölkələrdən idxal olunan mallara qarşı "qarşılıqlı" tariflərin tətbiqi haqqında fərman imzalamışdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?