Gundemxeber.az » Dünya » Yer kürəsi isinir, lakin planetin yalnız bir yeri soyuyur - SƏBƏB
Qlobal istiləşmə səbəbindən Yerdə temperatur yüksəldiyi halda planetin bir hissəsi soyumağa başlayır.
Bu barədə "Journal of Climate" jurnalında dərc edilmiş araşdırma xəbər verir.
Bildirilir ki, soyuma Qrenlandiyanın cənubunda Atlantik okeanında baş verir. Bu yer "soyuq damla" və ya "Şimali Atlantik istiləşmə dəliyi" kimi də tanınır.
"Soyuq damla" qlobal istilik xəritələrində anomal mavi ləkə kimi görünür. Qlobal istiləşmə nəticəsində okeanların orta temperaturu yüksəlsə də, "soyuq damla"da bunun əvəzinə temperaturun aşağı düşdüyünü göstərir.
Alimlər 2040-cı ildən etibarən küləklərin dəyişməsinin okean sirkulyasiyasına təsir edəcəyini və soyumanı gücləndirəcəyini proqnozlaşdırırlar.
Okean səthinin anormal dərəcədə soyuq olmasını doğuran əsas mümkün mexanizm şirin suyun okean suyunun duzluluğunu azaltmasına və bu proses vasitəsilə soyuq suyun qarşısını almasına əsaslanır.
Şirin suyun miqdarının artması güman ki, Qrenlandiya buzlarının əriməsi ilə bağlıdır.
Gundemxeber.Az
23-09-2017, 17:24
20-10-2015, 11:47
29-11-2014, 21:38
8-11-2013, 19:55
8-10-2020, 14:38
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?