"İran böhranı"nın həlli Yaxın Şərqdə gərginliyin azaldılmasına və Qəzza zolağı ətrafında vəziyyətin nizamlanmasına gətirib çıxarmalıdır".
Gundemxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Yeddilik Qrupu" (G7) ölkələri liderlərinin birgə bəyanatında deyilir.
Bəyanatı Kanada hökuməti dərc edib.
"İran regional qeyri-sabitliyin və terrorun əsas mənbəyidir. Biz ardıcıl olaraq bəyan etmişik ki, İran heç vaxt nüvə silahına malik olmamalıdır", - G7 ölkələrinin bəyanatında qeyd olunur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?