ABŞ Prezidenti Donald Trampın İranla münaqişəyə girib-girməmək barədə qərar qəbul etmək üçün ona iki həftə vaxt lazım olacağı barədə bəyanatı Tehranın sayıqlığını boğmağa yönəlmiş hiyləgər planı ola bilər.
Gundemxeber.Az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat verib.
"Bu, qəfil zərbə endirmək qərarı üçün pərdə ola bilər. Bəlkə də, bu, iranlıların sayıqlığını azaltmaq üçün çox hiyləgər bir plandır", - deyə ABŞ Hərbi Dəniz Qüvvələrinin təqaüdçü admiralı Ceyms Stavridis bildirib.
Ağ Ev rəhbərinin İranı aldatmaq niyyətində olmadığı ehtimalı da var, lakin iki həftəlik müddət ABŞ-nin hərbi potensialını gücləndirəcək. Xüsusilə bildirilir ki, bu müddət ərzində Vaşinqton özünün ikinci təyyarədaşıyan gəmisini regiona köçürə və ABŞ qoşunlarına İranın qaçılmaz cavab zərbəsinə tab gətirmək üçün daha çox şanslar verə bilər. Bu, həmçinin Tramp İrana hücum etmək qərarına gələrsə, ABŞ qüvvələri üçün riskləri azalda bilər. Üstəlik, İsrailə Fordo nüvə obyekti və digər hədəflər ətrafındakı hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün daha çox vaxt verər.
Sorğu
Yeni dizaynımız necədir?