Qətər Xarici İşlər Nazirliyi İranın Dohadakı səfiri Əli Saleh Abadini ABŞ-ın "Əl-Udeyd" aviabazasına dünənki raket hücumuna görə çağırıb və ona etiraz edib.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qətər XİN-in yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda bildirilir ki, Qətər Xarici İşlər Nazirliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Əl-Udeyd" bazasına endirdiyi zərbəni Dohanın qəti şəkildə pislədiyini təsdiqləyib və Qətər hakimiyyətinin beynəlxalq hüquqa uyğun şəkildə bu hücuma cavab vermək hüququnu özündə saxladığını vurğulayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?