İran hakimiyyəti ölkənin hava məkanında mülki aviasiya uçuşlarına qadağanı uzatmaq qərarına gəlib.
Gundemxeber.az xarici mediaya istinadən məlumatına görə, bu barədə İslam Respublikasının Yollar və Şəhər İnkişafı Nazirliyinin nümayəndəsi Məcid Əhəvan bildirib.
"Son hadisələrlə əlaqədar sərnişinlərin və aviareyslərin təhlükəsizliyini təmin etmək məqsədilə ölkənin hava məkanı 26 iyun saat 14:00-a (Bakı vaxtı ilə 14:30 - red.) qədər bağlı olacaq", - deyə o bildirib.
Xatırladaq ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Təxminən bir sutkadan sonra İran cavab zərbələri endirib. Sonrakı günlərdə də tərəflər qarşılıqlı olaraq bir-birini atəşə tutmağa davam ediblər
Sorğu
Yeni dizaynımız necədir?