ABŞ Prezidenti Donald Tramp iş adamı İlon Maska hökumətin vergi qanunvericiliyi ilə bağlı tənqidlərinə cavab olaraq "evə - Cənubi Afrikaya" qayıtmasını məsləhət görüb.
Gundemxeber.az xəbər verir ki, Ağ Ev rəhbəri bu fikirləri "Truth Social" sosial şəbəkəsində paylaşıb.
"İlon yəqin ki, tarixdə ən çox subsidiya alan adamdır. Bu subsidiyalar olmasaydı, ehtimal ki, dükanı bağlamalı və Cənubi Afrikaya qayıtmalı olardı", - deyə ABŞ prezidenti qeyd edib.
Bununla belə, Tramp bir neçə gün öncə verdiyi müsahibədə aralarında gərginlik yaşanmasına baxmayaraq, Maska münasibətinin ümumilikdə yaxşı olduğunu bildirib.
O əlavə edib ki, "ağıllı oğlandır" dediyi Mask onun seçki kampaniyasında iştirak edib, lakin sonradan bir qədər məyus olub. Tramp bu narazılığın səbəbini "Tesla" şirkətinin istehsal etdiyi elektromobillərin ABŞ-də yayılmasına hökumətin lazımi dəstəyi verməməsi ilə əlaqələndirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?