"Moskva diplomatik kanallar vasitəsilə Azərbaycanda saxlanılan vətəndaşlarının qanuni maraqlarını müdafiə edəcək və bunun üçün bütün mümkün vasitələrdən istifadə edəcək".
Gundemxeber.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
D.Peskov bildirib ki, ötən gün Kremldə Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının görüntülərini diqqətlə izləyiblər.
O vurğulayıb ki, Rusiya hakimiyyəti diplomatik kanallar vasitəsilə vətəndaşlarının qanuni mənafelərini qoruyacaq və bunun üçün bütün mümkün vasitələrdən istifadə edəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?