ABŞ gələn həftə Norveçin paytaxtı Osloda İranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etmək üçün Tehranla əlaqə saxlayır.
Gundemxeber.Az xəbər verir ki, bu barədə İsrailin N12 telekanalı mənbələrin adını çəkmədən məlumat yayıb.
Xatırladaq ki, iyunun 25-də ABŞ Prezidenti Donald Tramp nüvə proqramı ilə bağlı ABŞ-İran danışıqlarının bu həftə baş tutacağını açıqlayıb. İyunun 28-də "NBC News" xəbər verib ki, Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff yaxın günlərdə İran nümayəndələri ilə nüvə proqramı üzrə mümkün razılaşma ilə bağlı məsləhətləşmələr aparacaq. İyunun 30-da Ağ Ev Uitkoffun Tehranın nüvə proqramı ilə bağlı razılaşmaya dair İranla müzakirələri davam etdirdiyini bildirsə də, bu həftə üz-üzə təmasların mümkün olub-olmadığını dəqiqləşdirməyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?