Gundemxeber.az » Dünya » Bakı məhkəməsi “Sputnik Azərbaycan” jurnalistlərinin həbsini qüvvədə saxladı
Gundemxeber.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi “Sputnik Azərbaycan”ın jurnalistləri İqor Kartavıx və baş redaktoru Yevgeni Belousovun həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verilmiş şikayətini təmin etməyib.
Bu barədə məlumatı RIA Novosti Sputnik redaksiyasına istinadla yayıb. Bildirilir ki, bu gün keçirilən məhkəmə iclasında vəkillərin apellyasiya şikayətləri araşdırılsa da, birinci instansiya məhkəməsinin həbslə bağlı çıxardığı qərar qüvvədə saxlanılıb.
Xatırladaq ki, sözügedən jurnalistlər Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış və barələrində həbs qətimkan tədbiri seçilmişdi. Hazırda onların işləri üzrə istintaq tədbirləri davam edir.
Gundemxeber.az
13-10-2017, 17:00
30-08-2017, 18:16
17-05-2018, 23:39
30-08-2017, 15:30
21-09-2017, 22:37
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?