ABŞ-də sabiq prezident Co Baydenə etiraz əlaməti olaraq atasının başını kəsən Castin D.Monun işi üzrə məhkəmə keçiriləcək.
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ hökumətini, xüsusilə də Co Baydeni devirməyə çağıran radikal çağırışlarla tanınan 33 yaşlı pensilvaniyalı atasını 2024-cü ildə öldürüb. Kişinin meyitini vanna otağında Monun anası - mərhumun həyat yoldaşı tapıb. Araşdırma zamanı məlum olub ki, Mon atası ilə mübahisə zamanı onu yeni aldığı tapançayla vuraraq qətlə yetirib. Daha sonra isə maçete və mətbəx bıçağı ilə başını kəsərək hissələrə ayırıb. O, bu dəhşətli əməllərini 14 dəqiqə ərzində videoya çəkib və həmin görüntüləri internetdə yayımlayıb.
Kadrlarda 32 yaşlı Mon Co Bayden administrasiyasını sərt şəkildə tənqid edir. O, hökuməti Amerika cəmiyyətini parçalamaqda və ölkəni "miqrantlarla dağıtmaqda" ittiham edib. Castin Mon, həmçinin iddia edib ki, atası 20 illik təcrübəyə malik keçmiş federal məmur olub və ölkənin maraqlarını satmaqda, yəni xəyanətdə günahkardır.
Həmin gün hüquq-mühafizə orqanları Monu həbs edib. Polisə müqavimət göstərərək silah yönəltməyə cəhd etdiyinə görə saxlanılma asan olmayıb. Onun üzərindən federal binaların fotoları və ehtimal ki, partlayıcı maddələrin hazırlanmasına dair təlimatların olduğu USB cihaz da tapılıb.
Monun vəkili bildirib ki, o, müdafiə etdiyi şəxsin öz günahını etiraf etməsi ilə bu işin həll olunacağını gözləmir.
Sorğu
Yeni dizaynımız necədir?