ABŞ-nin nüfuzlu nəşrləri Tehrandakı Evin həbsxanasının İranın İsrailə qarşı kəşfiyyat əməliyyatları üçün qərargah kimi istifadə edildiyini iddia edir.
Gundemxeber.az xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.
Qeyd olunur ki, İsrailin əraziyə endirdiyi raket zərbəsindən sonra inzibati və tibbi binaların bir sıra hissələri və hətta təkadamlıq kameralar hədəfə alınıb.
Həbsxananın əsas girişləri də vurulub və binanın içərisində olan bir neçə yüksək rütbəli təhlükəsizlik məmurunun öldürüldüyü bildirilir
İranın ədliyyə sisteminin sözçüsünün son açıqlamasına görə, hücum nəticəsində ölənlərin sayı 79-a çatıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?