GundemXeber bildirir ki, “The New York Times” qəzeti adını açıqlamadığı mənbəyə istinadən, İsrail və ABŞ-ın İrana gecə zərbəsini müzakirə etdiyini yazır. “Bu müzakirədən isə guya hücumun arxasında İsrail kəşfiyyat xidməti Mossadın dayana biləcəyi iddia edilir”.
Amerika mətbuatı da bir sıra təsadüflərə işarə edir.
Ötən həftə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru William J. Burns İsrailə səfər edib, bazar gününə keçən gecə İranın hərbi obyektlərinə hücum baş verib. Bazar ertəsi günortadan sonra ABŞ dövlət katibi Entoni Blinken Yaxın Şərqdə bir sıra rəsmi görüşlər üçün İsrailə gəlib.
Vainqton rəsmiləri ABŞ-ın İrana endirdiyi zərbələrlə heç bir əlaqələrinin olmadığını açıqladılar.
Hətta hücumları həqiqətən İsrailin etdiyini fərz etsək, onda o, bunu özünün təhlükəsizliklə bağlı narahatlığına əsaslanaraq edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?