Gundemxeber.az » Dünya » ABŞ-ın gömrük zərbəsi Qazaxıstana dəymədi – Astana Ağ Evə təklif göndərdi
Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyi ABŞ-ın bəzi məhsulların idxalına qarşı tətbiq etdiyi 25 faizlik gömrük rüsumlarına münasibət bildirib.
GUNDEMXEBER.AZ xəbər verir ki, rəsmi açıqlamada bu rüsumların Qazaxıstanın ABŞ-a ixrac etdiyi məhsulların təxminən 95 faizinə təsir etməyəcəyi bildirilib.
Nazirlik qeyd edib ki, Qazaxıstanın ABŞ-a əsas ixrac məhsulları – neft, uran, gümüş, ferrolehimlər, tantaldan və titandan ibarətdir və bu kateqoriyalar yeni tariflərdən kənarda qalır.
Astana administrasiyası artıq Ağ Evə ticarət münasibətlərinin yaxşılaşdırılması ilə bağlı təkliflər göndərib və danışıqlara başlamağı gözləyir. Məqsəd – sabit və proqnozlaşdırıla bilən ticarət rejimini qorumaq və milli maraqları müdafiə etməkdir.
GUNDEMXEBER.AZ
31-05-2018, 14:12
28-03-2014, 10:42
5-03-2025, 23:31
27-07-2018, 15:41
13-07-2017, 23:34
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?