Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayanın həyat yoldaşı Songül Çağlayan Metris həbsxanasına “rüşvət” əməliyyatında tutulan oğlunu ziyarətə gedib. Musavat.com-un “Doğan” agentliyinə istinadən verdiyi məlumata görə, Ankara nömrəli maşınla gələn nazir arvadı əvvəlcə özü həbsxanaya keçib, sonra mühafizəçiləri sovqatları daşıyıblar. Songül Çağlayan oğlu Salih Kaan Çağlayanın yanında 2,5 saat qalıb.
Daha sonra daxili işlər naziri Müəmmər Gülərin yaxınları həbsxananın qarşısına gəliblər. Onlar “rüşvət əməliyyatı”nda tutulan nazir oğlu Barış Güləri ziyarət ediblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?