"Serbiya milli nüvə proqramının dinc məqsədlər naminə həyata keçirilməsi üçün hazırlıqlara başlayıb". Gundemxeber.az-ın xarici mediaya istinadla məlumatına görə, bunu ölkənin dağ-mədən və energetika naziri Dubravka Cedoviç-Handanoviç deyib. Onun sözlərinə görə, Serbiya enerji haqqında qanuna dəyişiklik etməklə nüvə enerjisini dinc məqsədlər üçün inkişaf etdirmək imkanını yaradıb: "Biz enerji təhlükəsizliyinin gələcəyi haqqında düşünməliyik. Bunun üçün yaxşı təməlimiz var, lakin biz onu daha da gücləndirmək istəyirik", - deyə o bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?