"Renat Dadaşov "Motor" klubunun profilinə uyğun futbolçudur".
Gundemxeber.az xəbər verir ki, bunu Polşa təmsilçisi "Motor"un idman direktoru Pavel Qolanski klubun mətbuat xidmətinə açıqlamasında deyib.
"Dadaşov komandamızın oyun üslubuna uyğun gəlir. O, hava toplarında çox yaxşı mübarizə aparır və lazım gələndə müdafiəyə köməyə gəlir. Renatın Avropa klublarında təcrübəsi var. Son altı ayı uğurlu şəkildə "Radomyak"ın heyətində keçirib və çempionata bələddir".
Qeyd edək ki, 26 yaşlı hücumçu "Motor" komandası ilə birillik müqavilə imzalayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?