Gundemxeber.az » Dünya » Aİ ABŞ-la Rusiya arasında danışıqların memarına sanksiya tətbiq etdi
Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Rusiyaya qarşı çox sərt tədbirləri nəzərdə tutan 18-ci sanksiya paketini qəbul edib. GUNDEMXEBER.AZ musavat.com-a istinadla paketə daxil olan tədbirləri təqdim edir:
Paket 50-dən çox fərd, şirkət və təşkilatı əhatə edir
Yanacaq və infrastruktur
Rusiya neftinin qiymət həddinin hər barel üçün təqribən 47,6 dollara endirilməsi və hər altı aydan bir tavana yenidən baxılması;
Şimal axını qaz kəmrələrindən istifadənin qadağan olunması;
Rusiya neftinə əsaslanan neft məhsullarının Aİ-yə idxalına qadağa;
Rusiya neftini daşıyan daha 105 tankerə qarşı sanksiyalar;
Hindistanda Rosneft neft emalı zavoduna qarşı məhdudiyyətlər;
Banklar və investisiyalar
Rusiyanı dəstəkləyən bir neçə Çin bankına, habelə Çindən olan yeddi şirkətə, Türkiyədə fəaliyyət göstərən 4 şirkətə qarşı sanksiyalar;
22 Rusiya bankına qarşı məhdudiyyətlər, bu, onların SWIFT-dən ayrılmasını və artıq sistemdən ayrılmış banklarla əməliyyatların tam qadağan edilməsini nəzərdə tutur;
Rusiya Birbaşa İnvestisiya Fondu və onun törəmə şirkətləri ilə bütün əməliyyatlara qadağa;
Texnologiya və silah
Rusiya hərbi sənaye kompleksinin təchizatı ilə məşğul olan 26 hüquqi şəxsə qarşı sanksiyalar;
ikili təyinatlı avadanlıqlara, o cümlədən “hərbi sənayedə istifadə oluna bilən” dəzgahlara məhdudiyyətlər.
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib ki, Aİ Rusiyaya qarşı sanksiyaların 19-cu paketi üzərində işə başlayıb.
Qeyd edək ki, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev ABŞ-la Rusiya arasında son yaxınlaşmalarda aktiv rol oynayıb. Onun mart ayında Vaşinqtona qəfil səfəri dünyada heyrətlə qarşılanıb. Dmitriyevin ABŞ prezidenti Donald Trampın komandasının üzvləri ilə yaxın münasibətləri olduğu deyilir. Xüsusilə Stiven Vitkoffla şəxsi təmaslarının davam etdiyi bildirilir.
Rusiya Birbaşa İnvestisiya Fondu hazırda dövriyyələri Rusiya ÜDM-nin 8,5 faizini təmin edən qurumları idarə edir.
Aİ sanksiyalarında diqqəti cəlb daha bir mühüm məsələ Hindistanda yerləşən Rosneft neft emalı zavoduna sanksiya tətbiq olunması, həmçinin Rusiya neftindən əldə edilən məhsulların Aİ-yə tədarükünün qadağan olunmasıdır. Belə ki, 2023-cü ildən Rusiya neftinin Aİ-yə idxalı qadağan olunduqdan sonra Hindistanın emal zavodları onu böyük həcmlərlə alaraq, emal məhsullarının çoxunu Avropa İttifaqına satırdılar. Məhz bu ticarətə görə hazırda Rusiya neftinin əsas alıcısı Hindistandır. Aİ-nin sanksiyası bu ticarətin qarşısını ciddi şəkildə alacaq.
GUNDEMXEBER.AZ
2-03-2023, 23:45
20-08-2018, 09:57
29-11-2024, 17:27
29-04-2014, 10:25
12-11-2014, 12:17
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?