Gundemxeber.az » Dünya » Tramp Zelenskiyə: "Hücuma keç, müdafiədə müharibə qazanılmaz"
The Washington Post qəzetinin yayımladığı sensasion materiala görə, ABŞ prezidenti Donald Tramp 4 iyul tarixində Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında onu hücum taktikasına keçməyə çağırıb.
GUNDEMXEBER.AZ bildirir ki, Tramp bu telefon danışığı zamanı açıq şəkildə deyib:
“Əgər müdafiədə qalmağa davam etsəniz, bu müharibəni qazana bilməzsiniz.”
Mənbəyə görə, bu dialoqdan dərhal sonra Ukrayna ordusu Rusiyanın müxtəlif şəhərlərinə, xüsusilə də Moskvaya hava hücumlarını gücləndirib. Analitiklər bu sinxronluğu təsadüfi saymır və onu Vaşinqton–Kyiv xəttində yeni hərbi fazanın başlanğıcı kimi qiymətləndirirlər.
Bundan əvvəl isə ABŞ mediasında sızdırılmış bir dialoq yayılmışdı. Həmin məlumatlara əsasən, Tramp guya Zelenskiyə belə bir sual verib:
“Əgər biz sizə uzaqmənzilli raketlər, silahlar versək, Moskvanı vura bilərsinizmi?”
Zelenskinin cavabı isə belə olub:
“Əgər o silahları versəniz, mən Moskvadakı hədəflərini vura bilərəm.”
Bu iddialar sonradan Tramp tərəfindən təkzib olunsa da, bu dəfə Washington Postun yaydığı rəsmi mənbəli yeni məlumat həmin məlumatların tam mərkəzinə növbəti “odun parçası” atır. Bu da onu göstərir ki, Tramp administrasiyası Kremlin yalan diplomatiyasına qarşı sərt mövqe sərgiləməkdə qərarlıdır.
Ekspertlər qeyd edirlər ki, Tramp Putinə qarşı dərin bir etimadsızlıq hiss edir və Zelenskinin onun tövsiyəsinə uyğun olaraq sahədə hücum doktrinasına keçməsini istəyir.
Bu fonda isə Rusiya mediası və Kremlə yaxın çevrələrdə həyəcan siqnalları verilməyə başlanılıb. Çünki artıq döyüş səhnəsində siyasi bəyanatlar yox, strateji mövqe dəyişiklikləri müşahidə olunur.
Artıq demək olar ki, Ukrayna müharibəsi yeni mərhələyə keçir – daha genişmiqyaslı, daha amansız və daha “Trampvari” bir şəkildə./musavat.com
15-07-2025, 19:48
31-03-2018, 10:39
1-04-2025, 13:59
28-03-2017, 22:56
26-05-2025, 11:06
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?