ABŞ-nin Los-Anceles şəhərindən Meksikaya üzən kruiz gəmisində 140-dan çox insan mədə-bağırsaq infeksiyasına yoluxub.
Gundemxeber.Az-ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri məlumat verib.
Məlumata görə, Los-Ancelesdən Meksikaya bir həftə davam edən kruiz zamanı "Navigator of Seas" gəmisinin göyərtəsində olan yeddi ekipaj üzvü və 134 sərnişin qusma, mədə spazmları və ishal kimi simptomlardan şikayət ediblər.
Qəzetin yazdığına görə, xəstəliyin yayılmasının dəqiq səbəbi məlum deyil və səhiyyə mütəxəssisləri tərəfindən araşdırılır.
Şirkət artıq gəmidə gücləndirilmiş təmizləmə tədbirləri görüb. Yoluxmuş sərnişinlər təcrid edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?