GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » "Rusiya Azərbaycan üzərində kəşfiyyat mexanizmi qurmaq istəyir"- Analitikdən MÜHÜM açıqlama

"Rusiya Azərbaycan üzərində kəşfiyyat mexanizmi qurmaq istəyir"- Analitikdən MÜHÜM açıqlama

Tarix: 21-07-2025, 11:36 Bölmə :Dünya Baxış: 49

"Rusiya ilə Azərbaycan arasında ictimai müzakirələrdəki gərginliyin əsl səbəbinin kəşfiyyat həmlələri ilə əlaqəli olduğunu dəfələrlə qeyd ediblər. Bakı-Moskva qarşıdurması geosiyasi vitrindəki yerdəyişmə cəhdlərini də aktuallaşdırır".

GUNDEMXEBER.AZ bildirir ki, musavat.com-a bu barədə açıqlama verən siyasi analitik Aqşin Kərimov Cənubi Qafqazdakı son prosesləri geniş şərh edib. Bu kontekstdə, analitik bir sıra məqamlara diqqət çəkib:

- Bakı ilə Kreml arasında siyasi qarşıdurmanın yüksəldiyi zamanda Fransa Prezidenti Emmanuel Makronun Rusiya Prezidenti Vladimir Putinə zəng etməsi diqqətçəkici hadisə kimi qiymətləndirilə bilər;

-İran nümayəndə heyətinin Rusiyaya səfəri isə Cənubi Qafqazda Moskva-Tehran əməkdaşlığının genişlənməsi və Qərbə qarşı alternativ mübarizə üsulunun formalaşdırılması baxımından əhəmiyyətlidir.
Kərimov qeyd edib ki, Azərbaycanla Fransa arasındakı münasibətlərdə konstruktivləşən atmosfer meydana gəlməkdədir. Onun fikrincə, burada İsrailin Bakı ilə Paris arasında yaşanan gərginliyi kəşfiyyat moderatorluğu vasitəsilə yumşaltmaq cəhdi də rol oynayır. Lakin Azərbaycan İran faktorunu nəzərə alaraq regionun təhlükəsizliyi üçün yüksək risklərə səbəb ola biləcək addımlardan çəkinir.

Bu çərçivədə analitik vurğulayıb ki, Azərbaycan-Fransa əlaqələri hələ tam axarına düşməyib:"Çünki Fransa gah Rusiya, gah da İranla əlaqələrində öz regional siyasətinə uyğunlaşma modeli axtarmağa çalışır. Bu cəhdlər Fransanın Azərbaycanın Qələbə Doktrinasına qarşı yönəlik vasitə kimi də istifadə oluna bilər.

WhatsApp Image 2025-07-21 at 10.15.06.jpeg (95 KB)

Aqşin Kərimovun fikrincə, Suriyada baş verən toqquşmalar və İsrailin hərbi müdaxilə səviyyəsinin yüksəlməsi düşündüyümüz kimi birbaşa Türkiyə və Əhməd Əş-Şaaraya qarşı yönəlməyib. Onun sözlərinə görə, cənab Şaaranın Bakıda səfərdə olduğu vaxt İsrail rəsmiləri ilə görüşlərinə dair yayılan məlumatlar Suriya hakimiyyətinin niyyətləri barədə əlavə təfərrüatlar təqdim edir.

Bu kontekstdə, analitik qeyd edir:
- İsrailin Suriyaya hücumları Şaaraya və Türkiyəyə Dəməşqdəki hakimiyyətə tabe olmayan nizamsız silahlı qüvvələri neytrallaşdırmaq üçün fürsət yaradır;
- İsraillə Suriya arasında əldə olunan atəşkəs razılaşması isə Şaaranın Müdafiə Nazirliyindəki itaətsizlik yaratmaq istəyən qüvvələrə qarşı səmərəli əməliyyat zamanlamasını təmin edir.
Analitik qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi və PKK-nın ləğvi prosesi həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda mübarizə aparan gücləri yeni strategiyalar formalaşdırmağa vadar edir. Onun fikrincə, bu proseslər güc olmaq iddialarını fərqli meyarlarla müəyyənləşdirmək zərurətini ortaya çıxarır: "Bu kontekstdə, ABŞ-nin Zəngəzur dəhlizinin açılması ilə bağlı Rusiyaya meydan oxuyan planı, Vaşinqtonun Cənubi Qafqaz və Yaxın Şərqdə vahid patrul xidməti yaratmaq imicinə xidmət edir. Azərbaycan isə bu yanaşmaya razı deyil, çünki ABŞ-nin iştirakçılığı regionda geosiyasi ziddiyyətləri dərinləşdirərək Bakı üçün uyğunsuz təhlükəsizlik şəraiti yarada bilər.
Rusiya da regionda passiv qalmaq istəmir. Lakin Azərbaycan üçün 10 Noyabr Bəyanatının həm hüquqi, həm də praktiki çəkisi qalmayıb. Bu səbəbdən Rusiya diplomatiyası Azərbaycan-Rusiya-Türkiyə üçbucağında fərqli bir format yaratmaq səylərini davam etdirir. Lakin Moskvanın təqdim etdiyi variantlar Bakının maraqlarına uyğun gəlmədiyi üçün Azərbaycan buna qarşı müqavimət göstərir. Rusiyanın planında Azərbaycanda onun təlimat və direktivlərini yerinə yetirəcək kəşfiyyat əməliyyatlarının təşkili aktuallaşır.
Buna baxmayaraq, Azərbaycan xüsusi xidmət orqanları və onun tərəfdaş ölkələrinin kəşfiyyat strukturları arasında məlumat mübadiləsi kanalları açıq saxlanılır.
Ehtimalla, Ermənistandakı seçki prosesində Rusiya müdaxilələrinə qarşı Azərbaycan-Türkiyə ittifaqı plan hazırlayacaq. Bu, Bakı ilə Ankaranın Zəngəzur dəhlizinin təminatçıları kimi daha geniş rol oynamalarına zəmin yaradacaq.

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kəşfiyyat mərkəzi Qarabağ planını de-şifrə etdi: Moskva nə istəyir, Vaşinqton nə…

    Kəşfiyyat mərkəzi Qarabağ planını de-şifrə etdi: ...

    7-10-2015, 00:01

  • 
  • “İran Ermənistan üçün “nəfəslik" rolunu oynaya bilər, amma....” - GƏLİŞMƏ

    “İran Ermənistan üçün “nəfəslik" rolunu ...

    5-01-2021, 17:43

  • 
  • Bakı-Moskva əlaqələrində Soçi mərhələsi: düşmənlər təlaşda

    Bakı-Moskva əlaqələrində Soçi mərhələsi: ...

    22-07-2017, 18:20

  • 
  • Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

    Prezident İlham Əliyev Vladimir Putinə zəng edib ...

    25-02-2016, 14:37

  • 
  • Fransa İranın 2 kəşfiyyat rəsmisinin hesablarını dondurub

    Fransa İranın 2 kəşfiyyat rəsmisinin hesablarını ...

    3-10-2018, 13:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu