GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kəşfiyyat mərkəzi Qarabağ planını de-şifrə etdi: Moskva nə istəyir, Vaşinqton nə…

Kəşfiyyat mərkəzi Qarabağ planını de-şifrə etdi: Moskva nə istəyir, Vaşinqton nə…

Tarix: 7-10-2015, 00:01 Bölmə :Ölkə Baxış: 0
Kəşfiyyat mərkəzi Qarabağ planını de-şifrə etdi: Moskva nə istəyir, Vaşinqton nə…

“Neftlə zəngin Cənubi Qafqaz-Xəzər hövzəsi ilə Yaxın Şərq arasında geosiyasi mübarizələr başqa mərhələyə keçdi. Cənubi Qafqazda mövcud olan Dağlıq Qarabağ münaqişəsi kiçikdir, lakin Xəzər-Qafqaz qövsünün aparıcı bloku olaraq qalır”.
Publika.az xəbər verir ki, bu barədə “Cənub cəbhəsi” (South Front) kəşfiyyat və analitik mərkəzinin Dağlıq Qarabağla bağlı təhlil materialında deyilir.
“Azərbaycan rəhbərliyi Qarabağın azad olunmasını rəsmi prioritet elan etdi”
Dağlıq Qarabağla bağlı məqalədə münaqişənin tarixindən bəhs edilir. Bildirilir ki, Ermənistanın Dağlıq Qarabağı və ətraf rayonları işğal etməsi ilə nəticələnən münaqişə 1994-cü ildə bağlanan atəşkəslə dondurulub: “İrəvan hazırda Dağlıq Qarabağa nəzarəti əldə saxlamağa çalışır. Buna baxmayaraq, Azərbaycan ərazilərini hərbi yolla olsa belə geri qaytarmaq fikrindən daşınmayıb. Bölgəyə güclü təsirə malik olan Rusiya hər iki ölkə ilə münasibətlərini qorumağa çalışır. Lakin bu münasibətlərdə Ermənistanla Azərbaycan arasında bir neçə kritik fərq var. 5 min rus hərbiçisi Ermənistandakı hərbi bazada xidmət edir və bu ölkə Moskvadan asılıdır. Azərbaycan yeni minillikdə Türkiyə və ABŞ-a daha yaxın hərəkət edirdi. Eyni zamanda var gücü ilə milli silahlı qüvvələrini silahlandırmağa kökləndi. Bakının müdafiə xərcləri Ermənistanın dövlət büdcəsini kölgədə qoydu. Azərbaycan rəhbərliyi Dağlıq Qarabağın azad olunmasını rəsmi prioritet elan etdi. Lakin Rusiyaya görə indiyə qədər regionda tammiqyaslı hərbi əməliyyatlardan çəkinir. Yaxın zamanlarda isə Azərbaycanla Avropa Birliyi arasında əlaqələr soyudu. Bakı ABŞ ilə münasibətlərdə dost olaraq qalır. Azərbaycan bir tərəfdən ABŞ kapitalı, siyasi dəstəyi və texnologiyalarından yararlanır, digər tərəfdən, daxili stabilliyini qoruyur, həmçinin, Rusiya ilə iqtisadi və siyasi münasibətlərini genişləndirir”.
“Qlobal və regional qüvvələr münaqişənin gərginləşməsində maraqlı tərəf kimi çıxış edirlər”
Təhlildə qeyd olunur ki, Cənubi Qafqazda, Yaxın Şərqdə və Cənubi Asiyada beynəlxalq vəziyyətin pisləşməsi mövcud status-kvonun sürətlə dəyişməsinə səbəb olur: “Eyni zamanda, son dövrlər təmas xəttində gərginlik kəskinləşir. Qlobal və regional qüvvələr sanki münaqişənin gərginləşməsində maraqlı tərəf kimi çıxış edirlər. Bu, bulanıq suda yaxşı balıq ovlamağa bənzəyir. ABŞ qaz və neft tranzitində əsas gücü ələ almaq üçün Cənubi Qafqazda möhkəmlənməyə can atır. Həmçinin, Ermənistanın Rusiya ilə yaxınlığını pozmaq üçün bu ölkədə stabilliyi pozmağa cəhdlər edir. Hazırda bu cəhdlər alınmır. Lakin Ermənistanda Amerikapərəst güclər iqtidara gələrsə, rus hərbiçilərinin bu ölkədə yolu bağlanacaq, yaxud ən azından onlara problemlər yaradılacaq. Beləliklə, Dağlıq Qarabağda etibarsız sülhü saxlayan tək güc bilavasitə öz təsirini itirəcək”.
Rusiya diplomatik uğur qazanır, lakin…
Mərkəz son dövrlər Rusiyanın münaqişənin həlli üçün diplomatik səylərini artırdığına diqqət çəkir.
“Moskva indiyə qədər görünməmiş diplomatik səylərə başlayıb. Son aylarda Bakı və Moskvanın yüksək səviyyəli məmurları bir neçə dəfə görüşüb. Həmçinin, erməni məmurları Rusiyanı mütəmadi olaraq ziyarət edirlər. İlkin görüntü Rusiyanın diplomatik uğur qazanmasıdır”, – deyə məqalədə qeyd olunur.
“Bu proses müharibənin başlanmasına səbəb olacaq…”
Eyni zamanda diqqətə çatdırılır ki, hər şeyə rəğmən Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi üzərindən gərginlik yeni mərhələyə daxil oldu: “Hər iki tərəf son aylar hərbi hücumlarını davam etdirir. Müasir dövrdə Qafqaz regionunda kövrək sülhü saxlayan siyasi ittifaqlar və münasibətlərin ziddiyyətləri üzə çıxır. Bu təxribatçı proses müharibənin başlanmasına səbəb olacaq və daha sonra bütün Xəzər regionunda stabilliyi pozacaq. Azərbaycanın ictimai rəyi müharibədən yanadır. Belə bir vəziyyətdə Vaşinqtonun taktiki məqsədi Yaxın Şərqdə hərbi əməliyyatlar üzərində sövdələşərkən Rusiyanın qarşısında əsas tuzu əldə etmək və Cənubi Qafqazda yaranacaq qeyri-sabitlikdən istifadə edərək Moskvanı Əsədin arxasından geri çəkilməyə məcbuir etməkdir”.
Qeyd edək ki, “South Front” mərkəzi Yaxın Şərq, Ukrayna, Mərkəzi Asiya və dünyanın bir çox bölgələrində münaqişələri araşdıraraq ictimaiyyətə əsl həqiqəti çatdırmaq məqsədilə müxtəlif ölkələrdən olan analitiklər tərəfindən yaradılıb. Mərkəz özünü “Wikiliks” saytının davamçısı kimi təqdim edir. Lakin “Wikiliks”dən fərqli olaraq, burada daha çox hərbi, siyasi analizlər yayımlanır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Rusiyanın “Lenta.ru” saytı Dağlıq Qarabağı ölkə kimi təqdim etdi

    Rusiyanın “Lenta.ru” saytı Dağlıq Qarabağı ölkə ...

    4-02-2014, 13:37

  • 
  • Rusiya Dağlıq Qarabağla bağlı məsləhətləşmələrə başladı

    Rusiya Dağlıq Qarabağla bağlı məsləhətləşmələrə ...

    2-04-2016, 13:54

  • 
  • Fransa şirkəti Dağlıq Qarabağı Ermənistan ərazisi kimi göstərdi

    Fransa şirkəti Dağlıq Qarabağı Ermənistan ərazisi ...

    2-07-2013, 15:32

  • 
  • Türkiyə vətəndaşlarına Dağlıq Qarabağla bağlı XƏBƏRDARLIQ ETDİ

    Türkiyə vətəndaşlarına Dağlıq Qarabağla bağlı ...

    4-10-2017, 14:32

  • 
  • Putin: "Dağlıq Qarabağ problemini siyasi yolla həll etmək lazımdır”

    Putin: "Dağlıq Qarabağ problemini siyasi ...

    13-08-2013, 21:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (97)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu