GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İranda Allaha inanmayanların sayı… – Heyrətamiz nəticə

İranda Allaha inanmayanların sayı… – Heyrətamiz nəticə

Tarix: 21-07-2025, 20:22 Bölmə :Dünya Baxış: 57
İranda Allaha inanmayanların sayı… –
1975-ci ildə – İslam İnqilabından 4 il əvvəl aparılan araşdırma-sorğu İran xalqının 80 faizindən çoxunun mütamadi namaz qıldığını və oruc tutduğunu üzə çıxarmışdı.

Bu barədə politoloq Xaqani Cəfərli qeyd edib.

O bildirib ki, hazırda vəziyyət köklü şəkildə dəyişib:
“İndi İran cəmiyyətinin 20 faizindən çoxu ümumiyyətlə Allahın varlığına inanmır, yəni ateistdir. Cəmiyyətin 78 faizi Allahın varlığına inansa da, yalnız 30 faiz cənnət və cəhənnəmə inanır. Məlum olduğu kimi, islam dininə görə, hər bir müsəlman Qiyamət gününə, məhşərə, hər kəsin Allah qarşısında hesab verəcəyinə, cənnətə və ya cəhənnəmə inanmalıdır. Cənnət və cəhənnəmə inanmayan Quranı da inkar etmiş olur. Quranı inkar edən isə peyğəmbərləri də inkar etmiş sayılır.

2020-ci ildə dövlət tərəfindən həyata keçirilən sorğuda rəyi soruşulanların 60 faizi Ramazanda oruc tutmadığını bildirmiş, ancaq bunu “xəstəlik”lə əlaqələndirmişdi. Bəhs etdiyim araşdırma zamanı respondentlərin 60 faizindən çoxu mütamadi namaz qılmadıqlarını bildirmişdi. Namaz və orucun islamın beş təməl şərtindən biri olduğunu nəzərə alsaq, İranda dinə münasibətin necə kəskin dəyişdiyi haqqında aydın təsəvvürlər yaranar.

Araşdırma zamanı İran cəmiyyətin 72 faizinin qadınların hicab taxmasını məcburi edən qanunun əleyhinə olduqları da üzə çıxıb. İran parlamenti “ictimai yerlərdə saçlarını örtməyən” qadınlara qarşı cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanunu qəbul etsə də, Prezident Məsud Pezeşkian bu qanunu imzalamaqdan imtina etdi. Bu ilin əvvəlində Davosda Dünya İqtisadi Forumunda CNN müxbiri Fərid Zəkəriyaya verdiyi müsahibədə o zaman İranın strateji məsələlər üzrə vitse-prezidenti olan Məhəmməd Cavad Zərif Prezident Məsud Pezeşkianın qərarını belə şərh etmişdi: “Tehran küçələrinə çıxsanız, saçlarını örtməyən qadınları görərsiniz. Bu, qanunsuzdur, lakin hökumət qadınlara təzyiq etməmək qərarına gəlib”. Məhəmməd Cavad Zərif müsahibəsinə onu da ələvə edib ki, bu qərar Prezident Məsud Pezeşkianın seçkiqabağı vədi olub və yerinə yetirilib.

İranda dinə münasibətin öyrənilməsinə həsr edilmiş araşdırma zamanı o da məlum olub ki, respondentlərin 43 faizi dini prozelitizmə qarşı çıxıb və bildirib ki, heç bir din ictimai ifadəyə malik olmamalıdır. Bütün bunlar hazırkı İran cəmiyyətinin İslam İnqilabı ərəfəsindəki cəmiyyətdən nə qədər fərqləndiyini, dini dəyərlərin nə qədər böyük ölçüdə gözdən düşdüyünü göstərir”.


Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sünni və şiələr arasında gərginlik varmı?

    Sünni və şiələr arasında gərginlik varmı? ...

    11-11-2013, 21:56

  • 
  • Rusların 55 faizi Putinə güvənir - SORĞU

    Rusların 55 faizi Putinə güvənir - SORĞU ...

    14-05-2021, 14:49

  • 
  • ​Oruc tutub, iftardan sonra spirtli içki İÇƏNLƏR...

    ​Oruc tutub, iftardan sonra spirtli içki ...

    23-05-2019, 16:49

  • 
  • İŞİD rəzilliyində son pərdə - Cənnətə pasport paylayırlar

    İŞİD rəzilliyində son pərdə - Cənnətə pasport ...

    27-06-2017, 23:40

  • 
  • Rusiyalılar Putinə etiraz etməyə hazırdır

    Rusiyalılar Putinə etiraz etməyə hazırdır ...

    3-08-2018, 02:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu