Rusiyanın Baş naziri Mixail Mişustin Amur bölgəsində “An-24” təyyarəsinin qəzasının nəticələrinin aradan qaldırılması üçün hökumət komissiyası yaradıb.
Gundemxeber.az-ın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, komissiyaya nəqliyyat naziri Andrey Nikitin rəhbərlik edəcək
M.Mişustinin tapşırığı ilə Nikitin və “Rosaviasiya”nın rəhbəri Dmitri Yadrov təyyarə qəzası yerinə uçacaqlar.
“Rosaviasiya”nın məlumatlarına görə, qəzaya uğrayan “An-24” təyyarəsi 2018-ci ildən bəri dörd hava insidentində iştirak edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?