Gundemxeber.az » Dünya » Kanada Fələstin dövlətinin BMT-də tanınmasını istəyir
Kanada Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir.
Gundemxeber.az xəbər verir ki, bu barədə Kanada hökumətinin başçısı Mark Karni özünün "X" hesabında yazıb.
"Kanada İsrail və Fələstin xalqları üçün sülh və təhlükəsizliyə təminat verən iki dövlət prinsipini dəstəkləyir", - deyə M.Karni qeyd edib.
O, Ottavanın BMT-də bu məsələyə həsr olunmuş konfransda xarici işlər nazirlərinin görüşü də daxil olmaqla bütün təşkilatlarda bu məqsədə nail olmaq üçün fəal çalışacağını açıqlayıb.
Məlumat üçün əlavə edək ki, Fransa da öz növbəsində BMT Baş Assambleyasının sentyabrda keçiriləcək iclasında Fələstin dövlətini rəsmən tanıyacağını bəyan edib.
Gundemxeber.az
19-11-2013, 04:43
28-04-2025, 19:33
1-12-2018, 09:01
9-12-2017, 18:16
14-01-2018, 11:44
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?