Belarus prezidenti Aleksandr Lukaşenkonun ortancıl oğlu Dmitri Lukaşenkonun rəhbərlik etdiyi Prezident İdman Klubu (PİK) ölkədə mobil cihazların unikal identifikasiya kodlarının (IMEI) qeydiyyatı sistemini tətbiq etməyi planlaşdırır.
Gundemxeber.Az xəbər verir ki, bu barədə Belarusda sabiq hüquq-mühafizə orqanı əməkdaşlarının yaratdığı BELPOL birliyi məlumat yayıb.
BELPOL-un məlumatına görə, əgər PİK ölkədəki bütün mobil cihazların qeydiyyatı üzrə eksklüziv hüquq əldə edərsə, bu, həm sabit gəlir gətirən, həm də ölkədəki bütün mobil cihazlar üzərində tam rəqəmsal nəzarəti təmin edən yeni və idarə olunan bir bazar yaradacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?