Gundemxeber.az » Dünya » Kolumbiyalı senator Migel Uribe sui-qəsddən iki ay sonra öldü
Kolumbiyalı senator Migel Uribe sui-qəsd cəhdindən iki ay sonra ölüb.
Gundemxeber.az-ın xəbərinə görə, bu barədə BBC məlumat yayıb.
İyunun əvvəlində başından güllə yarası alan 39 yaşlı Uribenin ölümü barədə onun ailəsi xəbər verib. Həkimlər iki aydan çox prezidentliyə potensial namizədin həyatı uğrunda mübarizə aparıblar.
Xatırladaq ki, Migel Uribeyə qarşı sui-qəsd cəhdi iyunun 7-də Boqotada seçkiqabağı kampaniya zamanı baş verib. 15 yaşlı yeniyetmə senatora üç dəfə, o cümlədən başına iki dəfə atəş açıb.
Uribe 2026-cı ildə keçiriləcək seçkidə müxalif mühafizəkar "Demokratik mərkəz" partiyasından Kolumbiya prezidentliyinə namizədliyini irəli sürmək istəyirdi.
Gundemxeber.az
8-11-2018, 16:27
3-04-2014, 12:18
23-09-2017, 18:57
31-10-2017, 12:59
16-01-2019, 12:22
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?