Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəfə qarşı sui-qəsd təşkil olunub
Ötən gün Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəfə qarşı sui-qəsd təşkil olunub. “Frans Press” xəbər verir ki, sui-qəsd nəticəsində Pərviz Müşərrəf xəsarət almayıb. Qeyd edək ki, sui-qəsd barədə məlumatı keçmiş prezidentin vəkili öz “Twitter” səhifəsində xəbər verib. Məlumatda deyilir ki, naməlum şəxslər ölkənin sabiq prezidentinin avtomobilini partlatmaq istəyiblər. Bomba körpünün altında gizlədilib. Bomba Pərviz Müşərrəfin avtomobilinin körpüdən keçməsindən 20 dəqiqə əvvəl partladılıb.
Sorğu
Yeni dizaynımız necədir?