Gundemxeber.az » Dünya » İranda yağış yağdı, əyləncə parkı alovlandı
Bu gün Mazandaran əyalətinin Mahmudabad şəhərində yerləşən "Simurq" əyləncə parkında güclü yanğın baş verib.
"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən məlumat yayıb.
Bildirilir ki, hadisəyə güclü yağış zamanı oyun avadanlıqlarında baş verən elektrik qısaqapanması səbəb olub.
Hadisə şahidlərinin sözlərinə görə, yağış zamanı avadanlıqlar işlək vəziyyətdə olub, bu da qısaqapanmaya yol açıb.
Mazandaran əyalətinin Yanğından Mühafizə Xidməti hadisənin insan itkisi olmadan söndürüldüyünü və təhlükənin qarşısının alındığını açıqlayıb.
GUNDEMXEBER.AZ
28-07-2025, 11:59
14-10-2014, 12:17
17-08-2015, 14:11
28-09-2016, 22:52
10-11-2017, 10:56
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?