Azərbaycanda noyabrın 9-u gündüzdən 10-u səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində noyabrın 9-u gündüzdən 10-u səhərədək qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6-21, Lənkəran-Astara zonasında 4-52, Böyük Qafqazda 2-21, Mərkəzi Aran rayonlarında 3-19, Kiçik Qafqazda 5-6, Qazax-Gəncə zonasında 1-11, Naxçıvan MR-da 3-16 mm olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?