iş adamı İlon Maskın siyasi partiya yaratmaq cəhdləri böyük səhvdir".
Gundemxeber.az xəbər verir ki, bu sözləri "Fox News"a müsahibəsində ABŞ-nin vitse-prezident Cey Di Vens söyləyib.
O, fikrini belə əsaslandırıb ki, İ.Mask ABŞ Prezidenti Donald Trampın Administrasiyasında vəzifə tutduqdan sonra artıq respublikaçılar və demokratlar arasında orta siyasi yolu tuta bilməyəcək.
"Əgər Respublikaçılar Partiyasının etdikləri onun xoşuna gəlmirsə, o zaman mənim İlon Maska məsləhətim o olardı ki, partiyanın daxilində nöqsanların aradan qaldırılması üçün cəhd göstərsin, partiyanı öz doğru bildiyi yola yönəltsin. Düşünürəm ki, İlon Prezident Trampın Respublikaçılar Partiyasına sadiq qalsa və fikir ayrılıqları olanda onları xaricdə deyil, daxildə ifadə etsə, daha faydalı iş görmüş olar", - Cey Di Vens vurğulayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl İlon Mask "Amerika" adlı yeni partiya yaradacağını elan edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?