ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokratlar Partiyasını vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş Prezident Donald Tramp təmsil edəcək.
Sahibkar İlon Mask, ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın potensial ikinci prezidentliyinin uzun müddətdən sonra ölkə üçün "ən əyləncəli" olacağı fikrini bildirib. Bu barədə Mask X sosial şəbəkəsində yazıb. "Trampın ikinci prezidentliyi ABŞ-ın uzun müddətdən bəri keçirəcəyi ən əyləncəli vaxt olacaq. Bu, inanılmaz olacaq!", – sahibkar yazıb. Mask illər keçdikcə siyasi aktivliyini daha çox artırır və müntəzəm olaraq özünün X sosial şəbəkəsində ABŞ siyasəti ilə bağlı məsələləri şərh edir. Maraqlıdır ki, o, əvvəllər həm demokratları, həm də respublikaçıları açıq şəkildə tənqid edərək, heç bir partiyanı dəstəkləmədiyini deyib. Lakin zaman keçdikcə onun baxışları dəyişib və daha çox sağçılığa yönəlib. Bu il isə o, Respublikaçılar Partiyasını dəstəklədiyini açıq şəkildə bəyan edib, həmçinin Trampı dəstəkləmək üçün "America PAC" siyasi komitəsini təsis edib. Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokratlar Partiyasını vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş Prezident Donald Tramp təmsil edəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?