"HƏMAS İsrailin şərtləri ilə razılaşana və girovları azad edənədək, "Cəhənnəmin qapıları" üzlərinə açıq olacaq".
Bunu İsrailin müdafiə naziri İsrael Kats deyib.
"Biz dünən İsrail ordusunun HƏMAS-ı məğlub etmə planını təsdiqlədik. Bu intensiv atəş, sakinlərin evakuasiyası və manevrlərlə həyata keçəcək. HƏMAS İsrailin şərtləri: girovların azad olunması və tərksilah edilməsi ilə razılaşmasa onların paytaxtı olan Qəzza Rəfah və Beyt-Hanuna çevriləcək", - deyə İsrailin müdafiə naziri xəbərdarlıq edib./oxu.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?