Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) İsrail ərazisinə hücumları həm onlar, həm də İran üçün ağır nəticələrə səbəb olacaq.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu açıqlama ilə İsrailin müdafiə naziri İsrael Kats çıxış edib.
O qeyd edib ki, İsrail Müdafiə Qüvvələri istənilən missiyaya hazırdır.
"Husilərin terror təşkilatını maliyyələşdirən, silahlandıran və nəzarət edən İran rəhbərliyinə də xəbərdarlıq edirəm: proksi nəzarət sistemi bitdi, "şər oxu" dağıldı, siz husilərin hücumlarına görə birbaşa məsuliyyət daşıyırsınız. Biz Beyrutda "Hizbullah"a, Qəzzada HƏMAS-a, Dəməşqdə Əsədə və Yəməndə husilərə nə etdiksə, Tehranda da sizə onu edəcəyik", - deyə İsrael Kats vurğulayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?