Avropa İttifaqı (Aİ) Rusiya ilə müharibənin başlanğıcından bəri (2022-ci ilin fevralından - red.) Ukraynaya 168,9 milyard avro ayırıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir.
"Avropa İttifaqı və onun üzv ölkələrindən ümumi yardım məbləği 168,9 milyard avro təşkil edib", - məlumatda qeyd olunub.
Aİ ölkələri silah alınmasına 59,6 milyard avro xərcləyib ki, bu da həm ikitərəfli tədarükləri, həm də Avropa Sülh Fondu vasitəsilə alışları əhatə edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?