İsrail BMT-nin “İnteqrasiya Edilmiş Ərzaq Təhlükəsizliyi Faza Təsnifatı”nın (IPC) hesabatını qınayıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
Qeyd edək ki, IPC ilk dəfə olaraq Qəzza sektorunda aclığın mövcudluğunu rəsmi şəkildə təsdiqləyib.
Bəyanatda vurğulanıb ki, IPC yalnız bu hesabat üçün öz qlobal standartını dəyişərək 30 %-lik həddi 15 %-ə endirib və ikinci meyarı - ölüm səviyyəsini nəzərə almayıb.
"Qəzzada aclıq yoxdur. Müharibənin başlanğıcından bəri Qəzzaya 100 mindən çox humanitar yardım daşıyan yük maşını daxil olub. Son həftələrdə isə humanitar yardımın kütləvi axını sektoru əsas ərzaq məhsulları ilə doldurub və qiymətlərin kəskin şəkildə düşməsinə səbəb olub", - XİN-dən bildirilib.
BMT agentliklərinin, yardım qruplarının qlobal təşəbbüsü olan IPC, beynəlxalq ictimaiyyətin aclığın mövcudluğunu müəyyən etmək üçün istifadə etdiyi əsas mexanizmdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?